Tibbi ekspert

May 30, 2025
Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

A – Group Insurance Company

Vəzifə öhdəlikləri

Ekspertizanın yerində keçirilməsi məqsədi ilə təhkim olunmuş klinikalara aylıq səfərlər etmək;
Cari problemlərin müəyyən edilməsi məqsədilə klinikaların sığorta şöbələri və bilavasitə müalicə edən həkimlərlə, o cümlədən sığortalılarla əlaqələr yaratmaq, klinikalarda sığortalıların maraqlarını təmsil etmək;
Tibbi-iqtisadi ekspertiza aktlarının hazırlanmasında iştirak etmək;
Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələləri həll etmək;
Tibb müəssisəsi ilə sığorta olunan arasında yaranmış tibbi xidməti təşkil etmək ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasını, təhlilini və aradan qaldırılmasını təmin etmək;
Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin: diaqnoza uyğun olmayan təyinatların verilməsi, sığorta planına daxil olmayan prosedurların aparılması, eyni zamanda müalicə protokollarından kənara çıxan xidmətlər araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibbi personal ilə görüşlər keçirmək.
Tələblər:

Ali tibb təhsili;
Tibbi sahəsində 2 il iş təcrübəsi;
Ünsiyyət qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
MS Office proqramlarını yaxşı bilmək.
İş şəraiti

İş rejimi: 5 günlük, 09.00-18.00-dək
Tibbi Sığorta qarşılanır.