Tibbi laborator avadanlıqların və sərfiyyat materiallarının satış üzrə mütəxəssis

Müraciət sonu: İyun 28, 2025
İndi Müraciət Et

İş Təsviri

Ascent MMC

Vəzifə öhdəlikləri:

Tibbi laborator sərfiyyat materiallarının və avadanlıqlarının aktiv satışı
Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
Məhsullar haqqında düzgün və tam məlumatların təqdim olunması
Satış planlarının yerinə yetirilməsi
Müştəri bazasının genişləndirilməsi
Təlimlərdə iştirak və məhsul biliklərinin artırılması
Bakı şəhərində satış fəaliyyəti əsas olsa da, ölkənin digər regionlarında da satış imkanlarının yaradılması və inkişaf etdirilməsi müsbət qarşılanır
Namizədə tələblər:

Tibbi sahədə və ya satış sahəsində iş təcrübəsi üstünlükdür
Lakin təcrübəsi olmayan, öyrənmək istəyən motivasiyalı namizədlər də müraciət edə bilər
Effektiv ünsiyyət və təqdimat bacarıqları
Komanda ilə işləmə bacarığı
Səlis azərbaycan dili, əlavə olaraq rus və ya ingilis dili biliyi arzuolunandır
Aktiv və məqsədyönlü olmaq
Yaş və cinsiyyət fərqi yoxdur, biz hər kəs üçün bərabər imkanlar təqdim edirik
İş yeri və iş rejimi:

İş yeri: Bakı şəhəri
İş günləri: Bazar ertəsi – Cümə
İş saatları: 09:00 – 17:00
Şənbə və bazar – istirahət günləridir
Nahar şirkət tərəfindən təmin olunur
Biz təklif edirik:

Rəqabətli əmək haqqı və satışa bağlı bonus sistemi
Peşəkar inkişaf və təlim imkanları
Rahat və dəstəkləyici iş mühiti
Karyera yüksəlişi imkanı