Tibbi Nümayəndə

İyun 5, 2025
Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Prudens Pharma

İş barədə məlumat:

Təcrübə tələb olunmur. Sizə ödənişsiz qaydada, ümumi tibbi və marketinq kursları keçirilir.
Müsabiqədən keçmis və sınaq müddətini uğurla başa vurmuş şəxslər AR Əmək Məcəlləsinə uyğun elektron sənədləşdirilir.
Aylıq məvacib: Başlanğıc 750 AZN (Sınaq müddətini uğurla keçdiyiniz zaman)
Stajli nümayəndələrə stajından və iş bilgisindən asılı olaraq olaraq 1200 AZN-ə qədər maaş təklif olunur.
Satış hədəflərinin vurulması zamanı premiya (500-1000 AZN-ə qədər)
Yemək şirkət tərəfindən verilir. (Hər gün fərqli menyu)
İldə bir dəfə məzuniyyət verilir.
İldə iki dəfə 30-40% maaş artımı tətbiq olunur.
Maaşdan əlavə nəticələrinizə görə əlavə mükafatlar almaq imkanınız vardır.
İş vaxtı nümayəndələr uzaq ərazilərə şirkət tərəfindən təyin olunan avtomobillərlə çatdırılır.
İş qrafiki: həftənin 5 günü 08:30-dan -18:00-dək (6-cı gün qısa iş günüdür)
Görüləcək işlər:

Şirkətin məhsullarını tibbi müəssisələrdə və apteklərdə həkim və əczaçılara tanıtmaq
Şirkətdə verilmiş təlimatları və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
Namizədə tələblər:

Ali və ya orta təhsil
Tələbə olmaması
Təqdimat aparmaq bacarığı
Məsuliyyətli və ünsiyyətcil olmaq
Çeviklik və işgüzarlıq
Yaş həddi: 18-35