TİKİNTİ NƏZARƏTÇİSİ

May 22, 2025
AZN1800 - AZN2000
Vaxtı bitib.

İş Təsviri

Gulustan Residence

İş barədə məlumat
• İcra olunacaq layihələrin hazırlıq mərhələsində, planlaşdırma işlərində iştirak etmək,
• Tikinti sahələrində yerinə yetiriləcək işlərin icrasına və qrafiklərinə nəzarət etmək;
• Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş işlərin təhvil-təslimində iştirak etmək;
• İşlərin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;
• İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
• Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək;
• Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
• Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək;
• Yerinə yetirilmiş işlərin qeydiyyatını apararaq müvafiq hesabatların hazırlanması üçün məlumat təqdim etmək;
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;

CV-lərinizi office@gulustanresidence.com elektron ünvanına göndərməyiniz xahiş olunur.

Namizədə tələblər
• İnşaat ixtisası üzrə ali təhsil;
• Müvafiq sahə üzrə real iş təcrübəsi, 3 ildən az olmamaqla;
• Kompüter bacarıqları: MS Office, Autocad;
• Tikinti normalarına dair biliklər;
• Vakansiya növü- Tam ştat
• İş yeri: Bakı şəhəri
• İş qrafiki: 6 gün
• Əmək haqqı: Razılıq əsasında