Tikintidə xərclərə nəzarət üzrə aparıcı mütəxəssis

İyun 23, 2025
Müraciət sonu: İyul 22, 2025
İndi Müraciət Et

İş Təsviri

Facility Management Group

Təsvir

Təhkim olunduğu layihələrdə layihə xərclərinin planlaşdırılmasını və plana uyğun icrasına nəzarəti təmin etmək;
Təhkim olunduğu layihələrdə layihə xərclərinin optimallaşdırma həllərinin və hesablama üsullarının tətbiq olunmasını təmin etmək;
Öncədən icra olunmuş layihələrdə əldə olunmuş təcrübənin gələcəkdə daha səmərəli tətbiq olunmasını təmin etmək;
Layihə xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi;
Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal qiymətlərin yoxlanılması və təhlili;
İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatlarının yoxlanılması;
Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması
Tələblər

Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
Azərbaycan dili – səlis, İngilis dili – orta (şifahi və yazılı);
Kompyuter bacarıqları – MS Office proqramları, AutoCAD;
Mülki tikinti sahəsində oxşar vəzifədə azı 3 il iş təcrübəsi.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
İmtiyazlar

• “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
Performansdan asılı olaraq bonuslar
Könüllü tibbi sığorta
İşçinin inkişafı üçün təlim, tədris proqraml
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.