İş Təsviri
Mazarina Trade Company
Namizədə tələblər:
Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment ixtisasları üzrə arzuolunandır);
FMCG və NONFOOD sahəsində marketinq təcrübəsi olmağı üstünlükdür
Data analiz bacarığı
Yeni layihələr üzrə marketinq planları hazırlama bacarığı
Analitik təhlil,strateji düşünmə, statistik,riyazi biliklər və problem həll etmə, idarəetmə bacarığı
Müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır
Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı
Büdcə və fəaliyyət planı ilə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
Şirkətin fəaliyyətinə uyğun İstehsalçı və Tədarükçülərlə marketinq strategiyalarının hazırlanması, Marketing kalendarların müəyyən edilməsi
Partnyorlarla sağlam münasibətin qurulması
Lazım olan prezentasiyaların və dizaynların hazırlanması
Brendlər üzrə çeşidlərin analiz edilməsi
Satışın stimullaşdırılması üçün bir başa satış komandasıyla işin təşkili;
Endirim və kompaniyaların idarə edilməsi.
Bayram və xüsusi günlərdə keçirilən endirim aksiyalarının təşkili və idarə edilməsi.
Məhsul nümayişləri və dequstasiyaların təşkili
Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanması və reallaşdırılması;
Portfelində mövcud olan məhsullar üzrə aylıq satış planlarını təqib edir, proseslərə uyğun qərarlar alıb, icrasının təmin edilməsi;
Əməkdaşların mütəmadi olaraq ticarət nöqtələrini ziyarət edərək məhsulların/brendlərin təyin edilmiş şirkət standartları və müqavilə şərtləri, planoqramlar əsasında düzülüşünün yoxlanılması ilə bağlı hesabatların təhlil edilməsi;
Dövri olaraq qiymət indeksinin analiz nəticələrinə uyğun tədbirlərin görülməsi;
Məhsul çeşidi əsasında və ötən ayın satış və geri qaytarma, anbar qalığı, büdcə sərfiyyatı nəticələrinin təhlil edilməsi;
Məhsul portfelinə uyğun qiymət strategiyalarının təhlil edilməsi və müvafiq hesabatlara uyğun planın hazırlanması;
Reklam materiallarının sifariş olunması və ərazidə düzgün yerləşdirilməsinə nəzarət edilməsi;
Portfelinə daxil olan məhsulların ticarət nöqtələrində tətbiq edilən şirkət standartlarında (checklist) hər hansı dəyişiklik nəzərdə tutulduqda satış komandasını müvafiq məlumatlarla tanış olunmasının təmin edilməsi;
Hesabatların hazırlanması
İş şəraiti:
Maaş: Razılaşma yolu ilə
İş təcrübəsi: 2 ildən artıq
İş rejimi: 5 günlük iş qrafiki
Saat: 09:00-dan-18:00-dək