Tur Meneceri

İyul 14, 2025
AZN1000 - AZN1500
Müraciət sonu: Avqust 13, 2025
İndi Müraciət Et

İş Təsviri

Pickvisa.az

Səyahət Həvəskarları, Diqqət!

Əgər xəritələrə baxanda həyəcanlanır, tur paketlərini incələyəndə özünü müştəri kimi hiss edirsənsə və insanlara unudulmaz səyahət təcrübələri yaşatmağı sevirsənsə – biz səni axtarırıq!

Pickvisa komandası sənin kimi enerjili, satış bacarığı yüksək və turizmdə ustalaşmaq istəyən Tur Meneceri axtarır.

Səni nə gözləyir?

Həftə içi 09:00 – 18:00 iş qrafiki (həftəsonu sənin istirahətindir)
Müştərilərə viza, bilet, otel və tur paketləri təqdim etmək – hər birini özün üçün sifariş verirmiş kimi
Müştərilərlə sıx əlaqə quraraq, onların arzularını gerçəyə çevirmək
Yüksək satış hədəflərinə çataraq həm qazancını, həm də təcrübəni artırmaq
Satış proseslərini izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək
Səndən nə gözləyirik?

Amadeus proqramında bilet yazmağı bacarırsan? Sən bizə lazımsan!
Gecə-gündüz fərqi olmadan təcili bilet sorğularını operativ həll edə biləcək qədər çevik olmalısan
Bilet, otel və tur satışı sahəsində təcrübən varsa, mütləq müraciət et
Viza prosedurlarına dair biliklərin varsa, bu sənin üçün üstünlükdür
Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığın olmalıdır, İngilis dili isə əlavə avantajdır
Nəticəyə fokuslanan, məsuliyyətli və operativ iş yanaşması
Bəs qarşılığında nə əldə edəcəksən?

Əmək haqqı: 1000-1500 AZN (əmək haqqı + satışdan bonuslar)
Nə qədər yaxşı nəticə göstərsən, qazancın da bir o qədər artacaq
Dəstək olan, mehriban və dinamik bir komanda
Əgər sən də səyahət dünyasında iz qoymaq və müştərilərə unudulmaz təcrübələr yaşatmaq istəyirsənsə, fürsəti qaçırma!

Müraciət üçün: CV-ni “Tur Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.