Təhlükəsizlik Əməliyyatları Mərkəzinin Kiçik Analitiki

İyul 18, 2025
Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Veyseloglu MMC

“Veysəloğlu” MMC İnformasiya Texnologiyaları Direktorluğunda, “Təhlükəsizlik Əməliyyatları Mərkəzinin Kiçik Analitiki” vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş şəraiti

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:

L1 tərəfdən eskalasiya olunmuş SIEM incidentlərini araşdırmaq
SIEM qaydalarının yazılması və mövcud qaydalarda “rule tuning”
DLP sistemini təkmilləşdirilmək və dəyişən infrastruktura uyğunlaşdırmaq
Kibertəhdidlərin kəşfiyyatı (CTI) sistemindən daxil olmuş insidentləri analiz etmək və cavab tədbirlərini təşkil etmək
Sosial mühəndislik (fişinq simulyasiları) kampaniyalarını həyata keçirmək
SIEM, XDR, NGFW və digər həllər vasitəsilə log və insident bildirişlərini analiz etmək, əlaqəli hadisələri korrelyasiya etmək
Zərərli proqram təminatları, imtiyazların sui-istifadəsi və məlumat sızması ilə əlaqəli insidentləri araşdırmaq
Şirkət daxilində informasiya təhlükəsizliyi üzrə standartların və siyasətlərin tətbiqini monitorinq etmək
Tələblər:

SIEM həlləri ilə bağlı təcrübə (QRadar arzuolunandır)
DLP həlləri ilə işləmə bacarığı;
EDR/XDR həlləri ilə işləmə bacarığı;
NGFW, WAF haqqında biliklərin olması;
Əməliyyat sistemləri və şəbəkə təhlükəsizliyi barədə biliklər;
Azure Cloud, Azure WAF, Compliance Manager, Intune bilikləri (arzuolunandır);
Azure CLI/PowerShell bilikləri (arzuolunandır)
Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə;
Beynəlxalq təhlükəsizlik sertifikatları (BTL1/2, CySA+, Security+, AZ-500)
Şəxsi keyfiyyətlər:

Problemlərin həll olunmasında kreativ yanaşma.
Komandada işləmək bacarığı.
Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:

Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
Təlim və sertifikat proqramlarına dəstək.
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:

İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Müraciət qaydaları:

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təhlükəsizlik Əməliyyatları Mərkəzinin Kiçik Analitiki” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.