Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis

May 19, 2025
Müraciət sonu: İyun 18, 2025
İndi Müraciət Et

İş Təsviri

Neptun Supermarket

Vəzifə öhdəlikləri:

Şirkətin təlim və inkişaf strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
İşçilərin (kassir, satıcı, anbardar, nəzarətçi, şöbə müdiri və s.) bilik və bacarıqlarının artırılması məqsədilə təlim ehtiyaclarını təhlil etmək və illik təlim planları hazırlamaq;
Daxili və xarici təlim proqramlarını təşkil və koordinasiya etmək (məhsul bilikləri, müştəri xidməti, POS sistemləri və s.);
Təlim materiallarının (prezentasiyalar, təlim modulları, qiymətləndirmə formaları və s.) hazırlanması və davamlı olaraq yenilənməsi;
Təlim iştirakçılarının performansını qiymətləndirmək və nəticələrə əsasən fərdi inkişaf planları hazırlamaq;
Mentorluq və kouçinq proqramlarının təşkili və idarə olunması;
Təlimlə bağlı statistik məlumatları toplamaq, təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Yeni əməkdaşlar üçün adaptasiya (onboarding) prosesini qurmaq və tətbiq etmək;
Təlim büdcəsinin hazırlanmasında iştirak və xərclərin səmərəli istifadəsinə nəzarət;
Əməkdaşlarla effektiv kommunikasiya qurmaq və onların karyera inkişafını dəstəkləmək;
Tələblər:

Ali təhsil (müvafiq sahə üzrə);
Təlim və inkişaf sahəsində minimum 1-3 il iş təcrübəsi, xüsusilə supermarket və ya pərakəndə satış sahəsində (aparıcı vəzifədə təcrübə üstünlükdür);
Təlim planlaması, ehtiyac analizi və performans ölçmə metodikaları üzrə bilik və təcrübə;
Təlim keçmək və auditoriya qarşısında effektiv təqdimat aparmaq bacarığı;
Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı (rus dili arzuolunandır);
MS Office proqramlarında (xüsusilə PowerPoint və Excel) yüksək səviyyədə işləmə bacarığı;
Təşəbbüskar, analitik düşüncəyə malik, təşkiletmə və komanda ilə işləmə bacarığı olan;
Layihələrin idarə edilməsi sahəsində biliklər və təcrübə əlavə üstünlükdür.
İş şəraiti:

İş günləri: I-V günlər
İş saatı: 09:00-18:00
Rəqabət qabiliyyətli əmək haqqı