Təmizlik üzrə böyük nəzarətçi (Şamaxı şəhəri)

İyul 11, 2025
Müraciət sonu: Avqust 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Yeni Samaxi Hotel Company LLC

Vəzifə öhdəlikləri

Yerli və ya xarici qonaqlara vaxtında və nəzakətlə xidmət göstərilməsini və Otel qaydalarına riayət etməyi təmin etmək üçün Təmizlik şöbəsinin işçi heyətinə nəzarət etmək.
Hər gün müntəzəm olaraq Qrup rəhbərlərinin vəzifələrini müəyyən edir və onlara xüsusi layihələr təqdim edir, inkişafa nəzarət edir və Menecerə bu işlər barədə məruzə edir.
Cihazların, avadanlıqların və rahatlıq üçün əlverişli şəraitin təmiz olması və yaxşı təşkil olunması üçün Mərtəbələri və İctimai yerləri yoxlayır; xarici podratçıların müqavilələrinə uyğun olaraq fəaliyyət göstərmələrini təmin etmək üçün onlar tərəfindən icra olunan işlərə nəzarət edir;
Hotelin standartlarına uyğun olaraq tədbirlər həyata keçirir.
İş üçün müraciət edənləri yoxlamaqla və onlarla müsahibə keçirməklə yeni işçi heyətinin seçilməsində iştirak edir.
Əməkdaşlar üçün təlimlər təşkil edir, təlim planı tərtib edir və Menecerlə razılaşdırılır.
Təmizlik üzrə işçi heyətini gündəlik operativ fəaliyyət və problemlər barədə xəbərdar edir və onları işləri ilə bağlı olan bütün məlumatlarla təmin edir.
Bütün lazım olan avadanlıqları qabaqcadan müəyyən edir və quraşdırır, onların istifadəyə yararlı olmasını təmin edir.
Qonaqların və digər şöbələrin rahatlıqlarını təmin etmək və onları məmnun etmək üçün onların şərh və təkliflərini alır. Təmizlik Şöbənin göstərdiyi xidmətləri təkmilləşdirmək üçün Menecerə məsləhətlər verir.
İşçi və qonaqlar üçün Gəlir və Xərclər, Əsas Nəzarət və Mühafizə, Təcili yardım və Sağlamlıq və Təhlükəsizlik proseduraları daxil olmaqla Təmizlik proseduralarını yoxlayır.
Cədvəl tərtib etmək, yoxlamalar və qeydlər aparmaq, inkişaf etmək, digər müvafiq şöbələrlə əlaqə saxlamaqla ümumi təmizlik kimi müxtəlif təmizlik layihələrində iştirak etmək.
Biznes işlərini həyata keçirmək üçün illik mühafizəçi qrupu, CAPEX – in və şöbənin büdcəsini hazırlamaqda Menecerə kömək etməlidir.
İclaslar keçirmək, məruzələr hazırlamaq, gündəlik qeydiyyatlar aparmaq və s. kimi işlərlə bağlı bir neçə administrativ işləri yerinə yetirməlidir.
Ona menecment tərəfindən təyin edilmiş istənilən bu və digər vəzifələri yerinə yetirir.
Namizədə qarşı tələblər:

Vəzifə üzrə 2 il iş təcrübəsi (Otel təcrübəsi olanlara üstünlük veriləcəkdir)
Azərbaycan dili – səlis
İngilis dili – orta
Rus dili – (arzu olunandır)
MS OFFFİCE (Formullarla işləmək bacarığı)
İ-scala
1C 8.3
Təminatlar.

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş qrafiki – həftənin 5 günü
İş saatı – Əməliyyatlara uyğun 8 saatlıq iş rejimi
Bakı-Şamaxı, Şamaxı-Bakı istiqamətində (İstirahət günlərində) gediş gəliş
Qalmaq üçün yer
Qidalanma – gündə 3 dəfə
Tibbi sığorta
Mobil nömrə
Qrupa aid olan hotellərdə daxili təminat sisteminə uyğun güzəştli gecələmə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təmizlik üzrə böyük nəzarətçi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.