Uçuşları İstehsalı İdarəsi/Mütəxəssis

İyun 3, 2025
Müraciət sonu: İyul 2, 2025
İndi Müraciət Et

İş Təsviri

Azerbaijan Airlines

Təsvir

Uçuş heyətləri və təyyarə bələdçilərinin sənədlərinin proqrama yerləşdirilməsi;
İşə qəbul olunan əcnəbi vətəndaşlığı olan uçuş heyətlərinin sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi;
Rəhbər sənədlərdə edilən dəyişikliklərin Q-Pulse və Meridian proqramları vasitəsilə SMS yolu ilə uçuş heyətlərinə göndərilməsi;
Uçuş heyətləri və təyyarə bələdçilərinin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
Ezamiyyət və xəstəlik vərəqələrinin sistemdə qeydiyyata alınması;
Uçuş heyətlərinin uçuş sənədlərinin (xidməti pasportlar, vizalar, tibbi sertifikatlar, pilot şəhadətnamələri, buraxılış vəsiqələri və s.) bitmə tarixlərinə nəzarət edilməsi və bu barədə rəhbərliyə hesabatların hazırlanması;
Pilotlar üçün CAT I, II və III kateqoriyaları üzrə DMAA-ya rəsmi məktubların hazırlanaraq göndərilməsi.
Tələblər

Təhsil: Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – yüksək səviyyə;
Proqram bilikləri: Microsoft Office proqramları;
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ünsiyyət bacarıqları;
Problemi həll etmə bacarığı;
Təqdimat bacarıqları;
İşə uyğunlaşma qabiliyyəti;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Komandada işləmək bacarığı.
İş şəraiti

İş qrafiki: 5 günlük;
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat