İş Təsviri
Inci Group Of Companies
Vəzifə öhdəlikləri:
İstifadəçi mərkəzli dizaynların hazırlanması: Müştəri tələbləri və biznes ehtiyaclarına uyğun olaraq veb və mobil tətbiqlər üçün UI/UX dizaynlarının yaradılması.
Prototiplərin və wireframların hazırlanması: İstifadəçi axınlarını (user flow) və interaktiv prototipləri hazırlayaraq dizaynın təsdiqini təmin etmək.
İstifadəçi testlərinin keçirilməsi: Məhsulun istifadəsini qiymətləndirmək üçün istifadəçi testləri təşkil etmək və nəticələrə əsasən təkmilləşdirmələr aparmaq.
Dizayn sistemlərinin yaradılması və idarə edilməsi: Brendin vizual kimliyinə uyğun dizayn sistemlərinin inkişaf etdirilməsi və saxlanılması.
Tələblər:
UX/UI dizayn sahəsində minimum 2 il təcrübə,
Figma, Adobe XD, Sketch və ya digər dizayn alətləri ilə işləmə bacarığı,
İstifadəçi mərkəzli dizayn prinsipləri və responsive dizayn anlayışı,
Wireframe və prototiplər hazırlamaq bacarığı,
Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq bacarığı,
Portfolionun təqdim edilməsi mütləqdir,
Photoshop, İllustrator ilə işləməyi bacarmaq üstünlükdür.
Təklif edirik:
Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəhəri, Koroğlu metrosu yaxınlığında.