Vətəndaş müraciətləri şöbəsinə Aparıcı məsləhətçi

Müraciət sonu: İyul 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

İş yeri:

Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi
Əmək haqqı:

Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali tibbi təhsil
Sahə üzrə minimum 3 il iş təcrübəsi
Vətəndaş müraciətləri haqqında qanun
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat
Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
Bacarıqlara dair tələblər:

Komandada işləmə bacarığı
Məsuliyyətlilik
İntizamlılıq
Dəqiqlik
Nəticəyönümlülük
İşin təsviri:

Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılması;
Tibb müəssisələrinin vətəndaş müraciətləri üzrə məsul şəxslərinin fəaliyyət istiqamətinə uyğun təlimatlandırılması;
İş xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi;
Daxil olan müraciətlərin, şikayətlərin aradan qaldırılmasının təmin edilməsi;
Vətəndaş müraciətləri üzrə qanunvericilik və daxili normativ aktların tətbiqinin təmin edilməsi;
Vətəndaş müraciətləri ilə bağlı proseslərin təkmilləşdirilməsi;
Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə dövrü hesabatların hazırlanması.
Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
Mövzu sətrində “Vətəndaş müraciətləri şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.