Video operator (Gabala)

Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Sos Media AZ

Vəzifə öhdəlikləri:

Baş operator, rejissorlar, layihə koordinatorları və menecerlərlə əlaqə yaratmaq, cari məsələləri müzakirə etmək;
İclaslarda iştirak etmək, cari planları və yeni layihələri müzakirə etmək, iş planı hazırlamaq;
Cədvələ uyğun olaraq layihə çəkilislərini icra etmək;
Videoların çəkilisi, kadrın qurulması: aktyorlar, rekvizit və məkanla işləmək – estetik baxımdan cəlbedici görüntülər yaratmaq;
Video prevyuları və digər foto işlərin hazırlanmasında iştirak etmək;
Rejissor olmadıqda çəkilis prosesinin idarə olunması;
Çəkilis öncəsi referansları araşdırmaq və ya artıq çəkilmiş ideyanı təhlil etmək;
Bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar və operatorluq sahəsindəki yenilikləri izləmək;
İşıq avadanlıqları ilə işləmək, quraşdırmaq, işlədiyi avadanlıqlara nəzarət etmək;
Nasaz avadanlıqlar haqda rəhbərliyə məlumat vermək;
Görülmüş işlər barədə hesabat hazırlamaq;
Zərurət olduqda digər inzibati tapşırıqları yerinə yetirmək.
Tələblər:

Analoji vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
MS Office proqramlarının yaxşı bilikləri;
Peşəkar kamera, təbii işıq və səslə ilə işləmə bacarığı;
Zövq, kompozisiya hissi və yaradıcı düşünmə bacarığı;
Gözəlliyi hiss edib onu kadrda ustalıqla əks etdirmə bacarığı;
Komanda işi bacarığı, məsuliyyətlilik, peşəkar davranış.
Digər:

İş qrafiki: 5\7
Əmək haqqı müsahibə əsasında təyin edilir;
Ünvan – Qəbələ

E-mail:

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Video operator Qəbələ” qeyd edərək, CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.