İş Təsviri
video design tech
İş barədə məlumat
– İş saatları: həftə içi 5 iş günü ( 09:00-dan 18:00-dək);
– Şirkətin sosial şəbəkə hesabları üçün foto və video materialların çəkilişinin həyata keçirilməsi;
– Şirkətin vizual və rəqəmsal kontentinin yaradılmasında iştirak etmək;
– Təqdim olunan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun video çəkilişləri həyata keçirmək;
– Video materialların, reklam və sosial çarxların montaj prossesini həyata keçirmək;
– Videoların hazırlanması üçün vacib olan kompüter dəstəkli proqramlardan düzgün şəkildə istifadə etmək;
– Müəllif hüquqlarının qorunmasına nəzarət etmək;
Namizədə tələblər
– Yaş həddi 18-30
– Reklam çarxlarının hazırlama tәcrübәsi;
– Yenilikləri tətbiq etmək bacarığı;
– Adobe Premier Pro, Adobe After Effects və s. video montaj proqramlarında işləmək bacarığı;
– Məsuliyyətli və kollektivə uyğun olmalı;
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Videoqraf” qeyd etməklə hr@videodesign.tech elektron ünvanına göndərmələri xahiş olunur.