Xərclər üzrə Mühasib (Cost Accountant – FMCG)

İyun 4, 2025
Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Sirab Satış və Dağıtım MMC

Əsas tələblər:

Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
FMCG və ya istehsalat sahəsində xərclər üzrə mühasib vəzifəsində minimum 2–3 il iş təcrübəsi
ACCA F3 (Financial Management) üzrə sertifikat və ya bu modulu bitirmiş olmaq mütləqdir
AR Vergi və Əmək Məcəlləsi üzrə ümumi anlayış və uyğunluq prinsipləri
Micro, Logix və digər ERP sistemlərində iş təcrübəsi
Yüksək səviyyədə MS Excel bilikləri (Pivot table, formulalar, analitik təhlil)
Güclü analitik təfəkkür və təzyiq altında dəqiq işləmə bacarığı
Məsuliyyətli, sistemli və detallara diqqətli yanaşma
Komandada işləmə və strukturla əməkdaşlıq bacarığı
İş barədə:

Xərclərin mühasibat uçotunun qanunvericiliyə və daxili siyasətlərə uyğun aparılması
İstehsal və qeyri-istehsal xərclərinin bölüşdürülməsi və kateqoriyalar üzrə uçotu
Planlaşdırılmış və faktiki xərclər üzrə aylıq müqayisəli təhlillərin hazırlanması
Departamentlər üzrə xərclərin aylıq, rüblük və illik büdcə proqnozlarının hazırlanmasında iştirak
Büdcəyə nəzarət və kənarlaşmalar üzrə rəhbərliyə məlumat verilməsi
ACCA F3 (Financial Management) üzrə nəzəri və praktiki biliklərə əsasən xərclərin effektivliyinin analizi
ERP sistemində (Micro, Logix) əməliyyatların düzgün uçotunun aparılması və hesabatlılığın təmin olunması
İstehsal maya dəyərinin hesablanması, xammal və əməkhaqqı xərclərinin təhlili
Maliyyə və audit yoxlamalarına dəstək məqsədilə xərclərlə bağlı əsaslandırılmış sənədlərin hazırlanması
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:

Nahar şirkət tərəfindən təmin olunur
5 günlük iş rejimi; saat 09:00/18:00
Rəqabətqabiliyyətli əmək haqqı
Korporativ telefon nömrəsi və danışıq paketi
İş yeri:

Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)