İş Təsviri
LANDAU Education Group
LANDAU School üçün Xəzinədar axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
Vəzifə öhdəlikləri
Gündəlik olaraq kassa əməliyyatlarının 1C proqramında qeyd olunması;
Gündəlik olaraq kassa kitabının işlənməsi;
Təhtəl hesab şəxslər ilə avans hesabatının edilməsi;
Nağd vəsaitlərin hərəkəti ilə bağlı qanunvericiliyin izlənməsi və müəssisə daxilində tətbiqi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
Sahəyə aid Azərbaycan Respublikası qanunvericiliyi və Mühasibat uçotu bilikləri;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Yaxşı səviyyədə MS Excel biliyi;
1C Mühasibatlıq proqramında sərbəst işləmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Rus dili və ingilis dili biliyi arzuolunandır.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00/9:00 – 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Könüllü tibbi sığorta;
Uşaqlara məktəb endirimləri;
Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.