İş Təsviri
Xalq Bank
Təsvir
Müştəri Xidmətləri:
Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
Kredit müraciətlərinin qəbulu və analizi;
Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
Tələblər
Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompüter bilikləri.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Təcrübə – 1-2 il
Təhsil – Magistr