İş Təsviri
Unitexnika MMC
İş barədə məlumat
Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişlərin nəzərdən keçirilməsi;
Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi.
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq)
Ali təhsil (müvafiq sahə üzrə)
Cinsi – Qadın
Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili yaxşı,Rus dili üstünlükdür.
İş təcrübəsi: 1-3 il
Komandada işləmək qabiliyyəti
MC ofis proqramlarında müstəqil inkişaf
Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir
İş şəraiti
İş qrafiki – 6 günlük
Həftə içi 09:30 – 17:30
Şənbə 10:00-15:00
İş yeri: Bakı, Babək pr. 2360
Əmək haqqı – 800-1200 AZN. Müsahibə əsasında müəyyənləşdiriləcəkdir
Nahar şirkət tərəfindən verilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.