XƏRCLƏRƏ NƏZARƏT ÜZRƏ OPERATOR

İyun 20, 2025
AZN500 - AZN600
Müraciət sonu: İyul 19, 2025
İndi Müraciət Et

İş Təsviri

KITCHEN PLUS RESTAURANT(F/Ş Fərzəliyev Mirzə Cəfər oğlu)

İş barədə məlumat
Vəzifə öhdəlikləri:
– Yeməklərin hazırlanması üçün istifadə olunan ərzaq miqdarına uyğun xərc cədvəllərinin tərtibinə dəstək vermək;
– Gündəlik və aylıq xərclərin izlənilməsi və təhlilində iştirak etmək;
– Ay sonu anbar qalıqlarının yoxlanılmasına kömək etmək və faktiki qalıqları sistemdəki məlumatlarla müqayisə etmək;
– Uyğunsuzluqları aşkar etmək və hesabat hazırlamaq;
– Xərclərin azaldılması və optimallaşdırılması üçün təkliflər vermək;
– İstehsalat və anbar əməliyyatlarının effektiv idarə olunmasına dair məlumat toplamaq və təhlil aparmaq.

İş şəraiti:
– İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti 23;
– İş qrafiki: 6 günlük;
– Nahar şirkət tərəfindən qarşılanır;
– Maaş: 500-600 (Namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcək).

Namizədə tələblər
Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə “Xərclərə nəzarət üzrə operator” tələb olunur.

– Yaş : 19 – 25
– Təhsil : Ali (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə təhsil – son kurs tələbələri və ya yeni məzunlar üstünlükdür);
– Analitik düşünmə və təhlil bacarığı;
– MS Excel və digər ofis proqramları ilə işləmə bacarığı;
– Restoran və keytrinq sahəsində maliyyə nəzarətinə maraq;
– Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.

Uyğun namizədlər CV’lərini hr@concept.rest e-poçt ünvanına vakansiyanın adını qeyd edərək göndərə bilər.