Yaşıllaşdırma üzrə menecer

İyun 30, 2025
Müraciət sonu: İyul 28, 2025
İndi Müraciət Et

İş Təsviri

Foton

Nə təklif edirik?

Aylıq NET əmək haqqı: 3000 AZN;
Könüllü tibbi siğorta; (ailə paketi)
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşin təsnifatı:

Villa komplekslərində iri yaşıllıq sahələrinin planlı şəkildə baxımına və yaxşılaşdırılmasına rəhbərlik etmək;
Ağacların, kolların, gül bitkilərinin düzgün əkilməsinə və qulluğuna nəzarət;
Bitkilərin, ağacların diblərinin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsinə nəzarət etmək;
Bitkilərin, ağacların vaxtında sulanması və xüsusi dərmanlarla qulluq edilməsinə nəzarət və məsuliyyət daşımaq;
Qazonların vaxtında biçilməsi, bitkilərin budanması qrafikinin hazırlanması və işinin təşkil edilməsi;
Yerli aqronomlara tapşırıqlar vermək və onların işini koordinasiya etmək;
Bağban heyətinin gündəlik iş fəaliyyətinə nəzarət və istiqamətləndirmə;
Yaşıllıq sahələrinin estetik və funksional vəziyyətinin daimi monitorinqi;
İstifadə olunan materialların və inventarın idarə edilməsi;
HSE (Əməyin mühafizəsi və təhlükəsizlik) qaydalarına əməl olunmasına nəzarət;
Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatını hazırlamaq.
Tələblər:

Aqronomiya sahəsində təhsil və bu sahədə minimum 5 illik iş təcrübəsi;
Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;( MS Office proqramları)
Komanda idarəetmə və liderlik bacarığı;
Planlaşdırma və təşkilatçılıq qabiliyyəti;
Bitki növləri, torpaq və gübrələmə sistemləri üzrə nəzəri və praktiki biliklər;
Büdcə və resursların idarə olunması üzrə təcrübə;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:

İş rejimi: 5 günlük
İş yeri: Regionlar
İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “Yaşıllaşdırma üzrə menecer” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.