Yeraltı Kommunikasiyalar üzrə Layihəçi Mütəxəssis

İyul 2, 2025
Müraciət sonu: Avqust 1, 2025
İndi Müraciət Et

İş Təsviri

Sea Breeze Resort & Residences

Vəzifə öhdəlikləri:

Yeraltı mühəndis-kommunikasiya xətləri (su, kanalizasiya, qaz, elektrik, rabitə və s.) üzrə layihələrin hazırlanması;
Mühəndis planlaşdırma sənədlərinin hazırlanması və aidiyyəti üzrə təqdim olunması;
Normativ texniki sənədlərlə (DBN, SNiP, SP və s.) uyğunluğun təmin olunması;
Aidiyyəti dövlət qurumları ilə layihələrin razılaşdırılması prosesində iştirak;
Sahə ölçülərinin və topoqrafik məlumatların təhlili və layihədə tətbiqi;
Müxtəlif kommunikasiya sistemlərinin birgə işlənməsi və toqquşmaların qarşısının alınması.
Tələblər:

Mühəndislik sahəsində ali təhsil (inşaat mühəndisliyi, su təchizatı və kanalizasiya, geodeziya və s.)
Yeraltı kommunikasiya layihələndirilməsi üzrə minimum 3 il iş təcrübəsi;
AutoCAD, Civil 3D, GIS proqramları üzrə peşəkar səviyyədə biliklər;
Layihə smeta sənədlərin hazırlanmasında iştirak
Layihələrin normativ sənədlərə uyğun hazırlanması bacarığı;
Texniki sənədlərlə işləmək və hesabat vermək bacarığı;
Komanda ilə işləmə və səmərəli ünsiyyət qurma qabiliyyəti.
Üstünlük sayılacaq:

Tikinti sahəsində layihələrin ekspertizasından keçmiş olması;
3D modelləşdirmə üzrə biliklər;
İngilis və ya rus dilini texniki səviyyədə bilmək.
Təminatlar:

Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
İş qrafiki: 5/2, 09:00-18:00;
İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Endirimli tibb xidməti.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.