İş Təsviri
Rapid Services Azerbaijan LLC
Vəzifə öhdəlikləri:
Yolların tikintisi və təmirinin yerli və ya müvafiq ölkə qanunvericiliyi, təhlükəsizlik norma və qaydaları və müəyyən edilmiş təhlükəsizlik texnikasına uyğun əlaqələndirilməsi prosesini təmin etmək;
Yol tikintisi və texniki xidmət üzrə proseduraları bilmək;
Yolun layihələşdirilməsi və tikintisi ilə əlaqədar əsas xüsusiyyətləri həyata keçirmək;
Hesablamalar, eləcə də iqtisadi nəticələr üzrə smetanın tərtib olunması üçün metodları bilmək;
Təklif olunan ərazi, layihə və tikinti tələblərinin xərc və gəlirlər üzrə təhlilini, statik və ekoloji təsirini müəyyən etmək üçün hesablama bacarığına malik olmaq;
Layihənin həyata keçirilməsinin mümkünlüyünü müəyyən etmək məqsədi ilə material və avadanlığın sayını, sərfiyyatını, eləcə də insan əməyini qiymətləndirmək;
Problemləri və həll yollarını müəyyən etmək;
Layihəçəkmə və planlaşdırmanı bilmək;
Tikinti üzrə müasir alətlərdən istifadə etmək bacarığına malik olmaq;
Vaxtı idarə etmək bacarığına malik olmaq.
Namizədə tələblər:
Ali təhsil (yol mühəndisliyi və ya müvafiq sahə üzrə);
Müvafiq sahə üzrə minimum 10 il təcrübə;
Azərbaycan dili – əla səviyyədə; rus və ingilis dili bilikləri üstünlükdür;
Kompüter bilikləri: MS Office (xüsusilə Excel), AutoCAD, Autodesk Civil 3d və digər profil proqram təminatları;
Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik;
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı işçinin təcrübəsinə əsasən müsahibə əsasında müəyyən olunacaqdır.
CV-lərinizi “Yol mühəndisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.