İş Təsviri
Papellon Trade MMC
İşin təsviri:
İş yumşaq mebel fabrikində istehsalın təşkili və keyfiyyətinə nəzarət eləcə də, fabrikin mənfəətli və faydalı iş mexanizminin idarə olunmasını həyata keçirməkdən ibrarətdir.
İş şəraiti:
İş saatı – 6 gün / 09:00 – 18:00 /
Əmək haqqı 1200 -1500AZN
İstehsal fabriki Koroğlu metrosuna yaxın ərazisində yerləşir
Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
Vəzifə və öhdəliklər:
Fabrik işinin təşkili və idarə edilməsi.
Müasir və klasik üslub istiqamətlərini bilməsi,
Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
Konstruksiya ilə işləmə qabiliyyəti,
Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
Müştəri ilə işləmə qabiliyyəti
İstehsal texnologiyasını (avadanlıqların texniki göstəricilərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və fabrik işçilərini daimi məlumatlandırmaq;
Fabrikdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
Aylıq qoyulan istehsal planını icra etmək;
Rəhbərliyə hesabatları hazırlayıb təqdim etmək.
İşin tələbləri:
Ali təhsil;
Minimum 5 il istehsalat sahəsində rəhbər iş təcrübəsi olmalı;
Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
Analitik təhlil qabiliyyətinə sahib olmalı;
MS Office proqramları üzrə istifadə biliyi;