Telesatış şöbəsinin mütəxəssisi

Müraciət sonu: İyun 20, 2025
İndi Müraciət Et

İş Təsviri

PASHA Life

Vəzifə Öhdəlikləri:

Müştərilərə zəng edilərək və məhsulun prezentasiyası edilməsi;
Təqdim olunmuş skriptlərə uyğun danışıqların aparılması;
Potensial müştərilərlə görüşlərin planlaşdırılması;
Satışdan sonra müştərilərə dəstəyin göstərilməsi;
Çarpaz satışların həyata keçirilməsi;
Müştəri kontaktlarının yüksək konversiya faizi ilə nəticələndirilməsi;
Müştəri bazasının genişləndirilməsi;
Zənglərin nəticələrinin qeydiyyata alınması;
Müştəri Xidmətləri standartlarına uyğun kommunikasiyanın təmin edilməsi;
Cəmiyyətə aid olan sosial şəbəkələr üzərində sığorta məhsulları ilə maraqlanan şəxslərə məlumatın təqdim olunması.
Namizədə olan tələblər:

İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
Təhsili/: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Xarici dil bilikləri: Rus dili: əla, İngilis dili: orta
Kompüter bilikləri: MS Word: əla , MS Excel: orta , MS Outlook: əla , MS PowerPoint: orta
Biz nə təklif edirik:

Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları