Texniki Dəstək üzrə mütəxəssis

İyul 18, 2025
Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Sinteks Group of Companies

Sinteks Şirkətlər Qrupu “Texniki Dəstək üzrə mütəxəssis” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu kompüter sistemləri, program təminatı və avadanlıqlarla bağlı istifadəçilərə texniki dəstək göstərməkdən ibarətdir.
Vəzifə öhdəlikləri:

Texniki Dəstək və Problemlərin Həlli
Sorğu sistemində vasitəsilə daxil olan sorğuların vaxtında və düzgün həllini təmin etmək
İstifadəçi kompüterlərinə nəzarət etmək, texniki nasazlıqları operativ şəkildə aradan qaldırmaq
Xidmət zamanı aşkar olunan texniki problemlər və risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq
İT İnfrastrukturunun təşkili və idarəolunması

Yeni işçilər üçün zəruri İT infrastrukturunun qurulmasını təmin etmək (kompüter, proqram təminatı və s.)
İT cihaz və avadanlıqlarının (printer, router, noutbuk və s.) zədələnmələrini təhlil etmək və nasazlıqları aradan qaldırmaq
Ehtiyat Nüsxələrin İdarəolunması (Backup)

İnformasiya sistemlərinin ehtiyat surətlərini (backup) çıxarmaq və ehtiyac olduğu təqdirdə bərpa etmək
Məsuliyyətində olan bölmələr:

İT və Kompüter avadanlıqları
Professional biliklər:

Windows OS-lər üzrə dərin biliklər (Win 7–11)
AP, router, printer və skanerlərin sazlanması və texniki dəstəyi
TCP/IP, DNS, DHCP, VPN protokollarının işləmə prinsipləri
Active Directory, Group Policy və şəbəkə üzrə baza biliklər
Backup sistemləri (Acronis, Norton və s.) üzrə təcrübə
Windows Server, AD və Group Policy üzrə tam məlumat
Ethernet, IP və şəbəkə avadanlıqları barədə anlayış
İnformasiya təhlükəsizliyi və müvafiq tədbirlər barədə bilik
CompTIA A+ (MCP və ya CCNA – üstünlükdür)
Azərbaycan dili – əla; Rus dili – yaxşı; İngilis dili – arzuolunandır
Təhsil:

Ali təhsil arzuolunandır
İş təcrübəsi:

İT üzrə ən azı 1 illik iş təcrübəsi
Professional bacarıq və səriştələr:

Problem həlletmə
Detallara və nəticəyə yönümlü
Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki Dəstək üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.