İş Təsviri
AZINTELECOM
Departament: Rəqəmsal Həllər/Məhsul inkişafı şöbəsi
Vəzifə öhdəlikləri:
İOS üzrə məsələlərə dəstək (Swift):
İOS platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq, həll etmək və zərurət olduqda İOS developer komandasına yönləndirmək;
Çağrı Mərkəzi operatorlarından, Email, Sentry və digər kanallardan gələn İOS əlaqəli sorğuları qeydiyyata almaq, problemlərin dəqiq təsvirini və müştərinin əlaqə məlumatlarını təmin etmək;
İOS tətbiqi ilə bağlı problemləri dərhal təhlil etmək;
Müştərilərə operativ və effektiv dəstək göstərmək;
Problemin həlli prosesini izləmək və müştərini məlumatlandırmaq;
Həll edilmiş və ya yönləndirilmiş hər bir İOS problemini müvafiq sistemdə sənədləşdirmək;
Təkrarlanan İOS problemlərini müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək;
Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
Android üzrə məsələlərə dəstək (Kotlin)
Android platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq, həll etmək və zərurət olduqda Android developer komandasına yönləndirmək;
Çağrı Mərkəzi operatorlarından, Email, Sentry və digər kanallardan gələn Android əlaqəli sorğuları effektiv şəkildə idarə etmək;
Problemlərin dəqiq təsvirini və müştərinin əlaqə məlumatlarını təmin etmək;
Android tətbiqi ilə bağlı problemləri dərhal təhlil etmək;
Standart həllər və prosedurlar əsasında problemləri həll etmək;
Müştərilərə operativ və effektiv dəstək göstərmək;
Həll edilmiş və ya yönləndirilmiş hər bir Android problemini müvafiq sistemdə sənədləşdirmək.
Təkrarlanan Android problemlərini müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək.
Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Veb üzrə məsələlərə dəstək (C# və React bilikləri)
Veb platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq, həll etmək və zərurət olduqda Veb developer komandasına yönləndirmək;
Çağrı Mərkəzi operatorlarından, Email, Sentry və digər kanallardan gələn Veb əlaqəli sorğuları effektiv şəkildə idarə etmək;
Veb tətbiqi ilə bağlı problemləri dərhal təhlil etmək;
Standart həllər və prosedurlar əsasında problemləri həll etmək;
Müştərilərə operativ və effektiv dəstək göstərmək;
Problemin həlli prosesini izləmək və müştərini məlumatlandırmaq;
Həll edilmiş və ya yönləndirilmiş hər bir Veb problemini müvafiq sistemdə sənədləşdirmək;
Təkrarlanan Veb problemlərini müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək;
Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələb olunun biliklər:
İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil
Texniki dəstək və ya müştəri xidməti sahəsində minimum 6 ay iş təcrübəsi
Sentry və digər monitorinq alətləri ilə işləmə təcrübəsi
İOS əməliyyat sistemi və tətbiqləri haqqında biliklər
Android əməliyyat sistemi və tətbiqləri haqqında biliklər
Veb texnologiyaları və tətbiqləri haqqında biliklər (HTML, CSS, JavaScript və s.).
Azərbaycan və rus dili (sərbəst); ingilis dili (üstünlük)
Müştərilərlə və komanda üzvləri ilə effektiv ünsiyyət qurma bacarığı
Problemləri tez və effektiv həll etmə bacarığı.