İş Təsviri
Systemair AZ
İş yeri: Bakı, Azərbaycan
Vəzifə öhdəlikləri:
HVAC Avtomatika sistemlərinin montajı, texniki baxışı və nasazlıqların diaqnostikası
Zəif axın sistemlərinin quraşdırılması, sazlanması və texniki baxışının həyata keçirilməsi
Müxtəlif HVAC avadanlıqlarda yaranan texniki nasazlıqların aşkarlanması və aradan qaldırılması
Texniki sənədlərin, quraşdırma protokollarının və servis hesabatlarının hazırlanması
Təhlükəsizlik qaydalarına və texniki standartlara uyğun şəkildə işin keyfiyyətli və vaxtında icra olunması
Texniki komanda daxilində digər əməkdaşlarla koordinasiyalı işləmək və ehtiyac olduqda texniki dəstək göstərmək
Namizədə dair tələblər:
Təcrübə tələbi: Texniki servis sahəsində minimum 2-3 il iş təcrübəsi
Elektronika, elektrotexnika, avtomatika və ya əlaqəli sahə üzrə ali texniki təhsil üstünlükdür
Avtomatika sistemləri üzrə bilik və ilkin tətbiq bacarığı (sensorlar, idarəetmə panelləri və s.)
Zəif axın sistemləri ilə işləmək üzrə praktik iş təcrübəsi
Texniki nasazlıqların diaqnostikası və problemi analiz edərək həll etmə qabiliyyəti
Texniki sənədlərlə işləmək, hesabat və quraşdırma protokolları hazırlamaq bacarığı
İngilis dili üzrə texniki səviyyədə anlayış üstünlükdür
Sahə işləri və ezamiyyətlər üçün uyğunluq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.