Texniki servis rəhbəri

İyun 17, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Arash Company

Vəzifə öhdəlikləri:

Servis mərkəzinin gündəlik işinin planlanması və tənzimlənməsi
Servis personalının idarə olunması və effektiv işinin təşkili
Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarət etmək
Servis daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunması
Müştərilərin razılığına və loyallığına nail olmaq
Texnikalara göstərilən texniki xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq
Lazer cihazlarlarının Servis əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması
İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən edilməsi və müvafiq təlim tədrislərə yönləndirilməsi
Servis əməkdaşları ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli üsullari üzərində işləmək
Müştəri müraciətlərinin qısa zamanda həlli və cavablandırılması
Texniki xidmət mərkəzinin bütün işlərinə nəzarət edilməsi
İstehsalçıların təmir texnologiyalarına riayət edilməsi
Texniki xidmətin rəsmləşdirilməsi və müvafiq sənədləşmənin aparılması
Texniki nasazlığın və müştəri tələbatının təyin edilməsi
Ehtiyat hissələrinin anbarına nəzarət etmək zəruriyyət yarandıqca tənzimlənməsi
Müştəriyə zəruri hallarda texniki xidmət barədə məlumat verilməsi
Zəmanətli cihazların zəmanət üzərindən texniki xidmətinin təmin edilməsinə nəzarət edilməsi.
Texniki xidmət mərkəzinin iş keyfiyyətinə nəzarət edilməsi
Müştəri məmnuniyyəti üçün qoyulan hədəflərin həyata keçirilməsinə cavabdehlik daşınması
Daxili proseduralara və nizam – intizam qaydalarına riayət edilməsi
İşçilərə təlimin keçirilməsi
Namizədə qarşı tələblər:

Ali təhsil
Yaş: 35-45
Azərbaycan dili səlis danışıq (ingilis və rus dilləri arzu olunandır)
Servisi idarəçiliyi və texniki baxış mühəndisliyi üzrə minimum 3 illik təcrübə
Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz ya CV formasını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Servis rəhbəri” yazaraq göndərə bilərlər.