İş Təsviri
Boranı restoranlar şəbəkəsi
Vəzifə Öhdəlikləri:
Filiallarda yerləşən dəzgahdar aparatlarının kofe maşınları,friyator,dönər aparatları,ət çəkən maşınları,soba,soyuducu və havalandırma,kondisioner,istilik sistemlərinin gündəlik və periodik işini nəzarətdə saxlamaq
Hər hansı nasazlıq halında dərhal texniki xidmətin təşkilini həyata keçirmək
Filiallardan daxil olan texniki şikayət və problemlərə dərhal operativ həll yolları tapmaq
Dövri texniki baxım planlarını hazırlamaq və onların icrasına nəzarət etmək
Texniki servis şirkətləti ilə əlaqə saxlayaraq təmir prosseslərini koordinasiya etmək
Texniki işlər üçün lazım olan ehtiyat hissələrinin və materialların sifarişini və təhvil-təslimini təşkil etmək
Müvafiq texniki standartlara və gigiyena tələblərinə uyğunluğu nəzarətdə saxlamaq
Filiallarda avadanlıq ehtiyaclarını müəyyənləşdirmək və aidiyyatı üzrə icra etmək
Texniki problemlər,görülən işlər və xərclər barədə gündəlik\aylıq hesabatların hazırlanması
Yeni açılacaq olan filialların bütün avadanlıq seçimini və işləmə gücünü nəzərə alaraq Satınalma Departamentinə müvafiq dəstək olmaq
Avadanlıqların kalibrasiya baxımı üzrə plan cədvəlinin hazırlanması
Avadanlıqların təmiri üzrə ehtiyyat hissələrinin planlı sifarişi və ustaların işinə nəzarət
Namizədə tələblər:
Restoran və Otellərdə texniki sahədə minimum 3 il mühəndis iş təcrübəsi mütləqdir
Müvafiq texniki təhsil (arzuolunandır)
AudoCAD bilikləri
Texniki avadanlıqlar və infrastrukturla işləmə bacarığı
Problemi analiz etmə və operativ həll etmə qabiliyyəti
İş şəraiti:
İş qrafiki- 6 günlük
Həftədə bir gün istirahət
Nahar verilir
Əmək haqqı-müsahibə əsasında təcrübəyə əsasən təyin olunacaq
Uyğun namizədlər “Texniki Şöbə Koordinatoru” başlığı ilə Cv-ni Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərsinlər.