Tibbi marketing üzrə mütəxəssis

Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Medco Hospital Group

Bakı şəhəri və eyni zamanda ölkədaxili regionlarda Tibbi marketing üzrə mütəxəssis vakansiyası üzrə iş imkanları təklif edirik.

Vəzifə öhdəlikləri:

Klinikanın xidmətləri və fəaliyyəti haqqında məlumat təqdim etmək;
Tibbi fəaliyyət haqqında görüşlər təşkil etmək, əməkdaşlıq imkanlarını nəzərdən keçirmək;
Yeni tibbi xidmətlərin təqdimatı, tələblərə uyğun yeni aksiyalar və kampaniyaların hazırlanmasında iştirak etmək;
Həkimlərlə mütəmadi olaraq ünsiyyət qurulması, onların ehtiyaclarının araşdırılması, istəklərinə uyğun yeni xidmətlərin və paketlərin yaradılmasında iştirak etmək;
Marketinq fəaliyyətlərinin inkişafı məqsədilə daimi bazar araşdırmaları və rəqib təhlilləri aparılması;
Pasiyentlərin şikayət və təkliflərini analiz edərək xidmət keyfiyyətini artırmaq;
Klinikaya yeni pasiyentlərin cəlb olunması üçün strategiyalar hazırlamaqda iştirak etmək;
Müxtəlif tibbi xidmətlərin satışını artırmaq üçün marketinq planlarının hazırlanmasında iştirak etmək;
Əməkdaşlıq üçün potensial həkimləri və klinikaları müəyyənləşdirmək, əlaqələri qurmaq və inkişaf etdirmək;
Rəhbərliyə görülən işlər barədə hesabatları təqdim etmək;
Tələblər:

Ali yaxud orta ixtisas təhsil (tibb sahəsində təhsil üstünlükdür);
Tibbi satış (dərman satışı) sahəsində minimum 1-2 il iş təcrübəsi;
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ya ingilis dili üstünlükdür)
Səyyar iş rejiminə uyğunlaşma və sərbəst işləmə bacarığı;
Təklif edirik:

Peşəkar və mehriban kollektiv;
Karyera inkişafı imkanı;
İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Korporativ təlimlərdə iştirak;
Stabil rəqabətli əmək haqqı + bonus sistemi (nəticələrə əsasən)
Korporativ nömrə;
İş şəraiti:

İş yeri: Bakı şəhəri və regionlar üzrə işləmə imkanı dəyərləndirilməklə;
İş qrafiki: Qanunvericiliyə uyğun olaraq
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq vəzifə və əmək haqqı kateqoriyası müəyyən olunacaq;
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “Tibbi marketing üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərə bilər.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.