İş Təsviri
Bank of Baku
Vəzifə öhdəlikləri:
Mövcud proseslərin qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
Təsdiq olunmuş illik audit planına əsasən audit layihələrinin həyata keçirilməsində iştirak etmək;
Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
DAD (Daxili audit departamenti) fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;
DAD əsasnaməsindən irəli gələn və bu vəzifə öhdəliklərinə zidd olmadan DAD rəhbərinin ona həvalə etmiş olduğu digər işlərin görülməsi.
Tələblər:
Təhsil- Ali
İş təcrübəsi- 1-3 il
Dil biliyi- Azərbaycan dili- yüksək,İngilis dili-orta
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.