İş Təsviri
SR Auto
Namizədə tələblər:
Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə Ali təhsil;
Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
1C 8.3 biliyi;
Azərbaycan dili biliyi mütləqdir (Rus dili biliyi üstünlükdür);
Sertifikatlar: PMS ACCA F3;
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
Fərdi və komanda tərkibində işləmək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
ƏDV, Mənfəət Vergisi, Əmlak vergisi, Vahid bəyənnamə, Statistika və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması ;
Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
Təxirə salınmış vergilərin hesablanması;
Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
Audit yoxlamaları zamanı auditorlara lazımi sənədlərin təqdim olunması;
Online kargüzarlıqların və kameral məktubların gündəlik izlənməsi;
Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Vergi üzrə mütəxəssis” qeyd edərək CV formasını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.