İş Təsviri
IO Media
IOMedia – italyan mebelləri, interyer dizayn, layihə idarəetməsi, dövlət yönümlü layihələr və müxtəlif sahələrdə fəaliyyət göstərən brendlərlə çalışan premium marketinq və media agentliyidir. Hazırda komandamıza vizual düşüncəsi güclü, yaradıcı və texniki baxımdan bacarıqlı videoqraf/montajor axtarırıq.
İşin məzmunu:
Brendə uyğun vizual üslubda keyfiyyətli və dinamik video məzmunların hazırlanması
Reklam, sosial media, promo və korporativ videoların çəkilişi və montajı
Çəkiliş planları və storyboard hazırlanması, ssenariyə uyğun kadrların planlaşdırılması
İşıqlandırma, səs və kadrajın texniki qurulması və nəzarəti
DSLR, mirrorless, dron və digər kamera avadanlıqları ilə işləmək
Müasir montaj texnikaları ilə cəlbedici video kontentlər yaratmaq
Instagram Reels, YouTube Shorts və digər formatlar üçün uyğunlaşdırılmış məzmunlar hazırlamaq
Trendləri izləmək və innovativ yanaşmaları tətbiq etmək
Komanda daxilində dizayner və SMM mütəxəssisləri ilə sıx əməkdaşlıq
Namizəddən Gözləntilər:
Video çəkilişi və montaj sahəsində azı 2–3 il peşəkar təcrübə
Portfolionun təqdim olunması mütləqdir
Adobe Premiere Pro, After Effects, CapCut və DaVinci Resolve proqramlarında sərbəst işləmək
Kameralar, obyektivlər, işıq və səs avadanlıqları ilə işləmə üzrə texniki biliklər
Rəng düzəlişi və səs montajı sahəsində peşəkar yanaşma
Yüksək vizual estetika və kadr quruluşu hissiyatı
Reklam, sosial media, reportaj və brend videolar üzrə məzmun çəkmək bacarığı
Deadline-lara əməl etmək, çevik və müstəqil işləmə bacarığı
Kreativ düşüncə, detallara diqqət və komanda ilə işləmə bacarığı
Üstünlük olacaq bacarıqlar:
Dron və FPV çəkilişi bacarığı
3D animasiya və motion graphics bilikləri
Fotoqrafiya təcrübəsi
Canlı yayım və OBS Studio ilə işləmək təcrübəsi
Bizdən VƏD:
Geniş və fərqli sahələri əhatə edən real portfoliolar
Rəqabətədavamlı əməkhaqqı + əlavə bonuslar
Yüksək səviyyəli yerli və beynəlxalq brendlərlə işləmək imkanı
Peşəkar, gənc və yaradıcı komanda mühiti
Uzunmüddətli əməkdaşlıq və inkişaf perspektivi