İş Təsviri
Nur Collection
Vəzifə öhdəlikləri:
Mağazalarda məhsulların brend konseptinə uyğun vizual təqdimatını planlaşdırmaq və tətbiq etmək
Mövsümi kampaniyalar və yeni kolleksiyalar üçün yaradıcı vitrin dizaynları hazırlamaq
Vizual meçendayzerlərdən ibarət komandanı idarə etmək və inkişaf etdirmək
Planogramların hazırlanması və bütün mağazalarda tətbiqinə nəzarət
Vitrin və satış sahələrinin effektiv təşkilinə görə audit və monitorinq aparmaq
Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq
Dekorasiya və vizual materialların təminatı və büdcəsinin idarə olunması
Tələblər:
Vizual meçendayzinq sahəsində minimum 3 il iş təcrübəsi (pərakəndə sektor üstünlükdür)
Moda və trendlər üzrə estetik zövq və yaradıcı yanaşma
Komanda idarəetmə bacarığı
Planlama və təşkilati bacarıqlar
Dizayn proqramları ilə işləmə bacarığı üstünlükdür (Adobe Illustrator, Photoshop və s.)
Təklif edirik:
Rəqabətqabiliyyətli əmək haqqı
Yaradıcı və dinamik iş mühiti
Peşəkar inkişaf və təlim imkanları
Böyük pərakəndə şəbəkədə karyera yüksəlişi fürsəti