İş Təsviri
Qafqaz-Qəbələ MMC
Əsas vəzifə öhdəlikləri:
Oteldə xərclərin effektiv şəkildə idarə olunmasını və nəzarət sistemlərinin qurulmasını təmin etmək;
Gündəlik və aylıq xərclərin təhlilini aparmaq, hesabatlar hazırlamaq;
Anbar və satınalma əməliyyatları ilə sıx əməkdaşlıq etmək, material sərfiyyatına nəzarət etmək;
Qiymət artımı və xərclərə təsir edən faktorları izləmək və rəhbərliyə müvafiq tövsiyələr vermək;
Büdcəyə uyğunluğun təmin olunmasına nəzarət etmək və potensial qənaət imkanlarını müəyyənləşdirmək;
Audit yoxlamalarına dəstək göstərmək və daxili nəzarət sistemlərinin effektiv işləməsinə töhfə vermək.
Namizəddən tələblər:
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
Otelçilik və ya iaşə sahəsində minimum 2-3 il təcrübə. Xərclər üzrə nəzarətçi(Cost Controller) və ya Mühasib təcrübəsi üstünlükdür;
MS Excel və maliyyə hesabat proqramlarında işləmək bacarığı (Materials Control (MC), Opera PMS və ya digər PMS proqramları üstünlükdür);
Analitik düşüncə və detallara diqqət;
Komanda ilə işləmək və kommunikasiya bacarıqları.
Təklif etdiyimiz imkanlar:
Stabil iş mühiti və peşəkar komanda;
Əmək haqqı net 800 AZN;
Karyera və inkişaf imkanları;
İş yerində nahar və nəqliyyat təminatı.
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir. Qəbələ şəhərində yaşyış yeri olan namizədlərin müracətlərinə üstünlük veriləcək.