İş Təsviri
Baku Bus
Xadimə vəzifəsinə işçi tələb olunur (Gəncə şəhəri)
Vəzifə öhdəlikləri:
Ofis daxilində gündəlik ümumi təmizlik işlərini yerinə yetirmək
Sanitar qovşaqların təmiz və gigiyenik saxlanılması
Mətbəx və yeməkxana ərazilərinin təmizlənməsi və səliqəli vəziyyətdə saxlanması
Tullantıların gündəlik çıxarılması və müəyyən olunmuş yerə atılması
Təmizlik zamanı dezinfeksiyaedici vasitələrdən düzgün və təhlükəsiz istifadə
Lazım olduqda rəhbərlik tərəfindən verilən əlavə təmizlik tapşırıqlarının yerinə yetirilməsi
Vəzifə tələbləri:
Təmizlik sahəsində minimum 1 il təcrübə (arzuolunandır)
Fiziki baxımdan sağlam və dözümlü olmaq
Səliqəli, məsuliyyətli, işində diqqətli olmaq
Etibarlı və komandada işləmək bacarığına malik olmaq
Gigiyena və təmizlik standartlarını bilmək
Verilən tapşırıqları dəqiq yerinə yetirmək
İş şəraiti:
İs yeri: Gəncə şəhəri;
İş vaxtı: növbəli iş qrafikinə uyğun;
Peşəkar,mehriban komandada iş;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.