İş Təsviri
North West Construction
Vəzifə öhdəlikləri:
Yanacaq məntəqələrindəki elektrik avadanlıqlarının (nasoslar, dispenserlər, generatorlar, işıqlandırma sistemləri və s.) fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
Elektrik sistemlərində baş verən nasazlıqları vaxtında aşkarlamaq və aradan qaldırmaq;
Generatorların, UPS sistemlərinin və digər ehtiyat enerji mənbələrinin düzgün işləməsinə nəzarət;
Elektrik kabellərinin, qoruyucu sistemlərin və avtomatların dövri yoxlanması və texniki baxışlarının aparılması;
Yeni yanacaq məntəqələrinin elektrik işlərinə dəstək verilməsi və elektrik layihələrinin icrasında iştirak;
Elektrik avadanlıqlarının təmir, sazlama və servis işlərinin həyata keçirilməsi və qeydiyyatının aparılması;
Elektrik təhlükəsizliyi üzrə qaydalara əməl edilməsi və bu sahədə maarifləndirmə işlərinə dəstək;
Qəza hallarında təcili müdaxilə və problemin səbəbinin araşdırılması.
Tələblər:
Elektrik mühəndisliyi, energetika, elektrotexnika və ya digər müvafiq sahə üzrə orta ixtisas və ya ali texniki təhsil.
Yanacaq məntəqələri, sənaye obyektləri və ya kommersiya obyektlərində elektrik sistemi üzrə azı 2 il iş təcrübəsi.
Nasos sistemləri, dispenserlər, generatorlar və UPS kimi avadanlıqlarla işləmə təcrübəsi.
Elektrik sxemlərinin oxunması, quraşdırılması və təhlil edilməsi bacarığı.
Aşağı və orta gərginlikli elektrik şəbəkələri ilə işləmə təcrübəsi.
Nasazlıqların diaqnostikası, texniki baxış və təmir üzrə biliklər.
Elektrik təhlükəsizliyi standartları və normativləri haqqında məlumatlılıq.
Gündəlik texniki hesabatların hazırlanması və sənədləşmə aparmaq bacarığı.
Yüksək məsuliyyət hissi və texniki diqqətlilik.
Qəza hallarında operativ qərarvermə bacarığı.
Komandada işləmə bacarığı və ünsiyyət qurmaq bacarığı.
“B” kateqoriyalı sürücülük vəsiqəsi
CV-nizi məktubun mövzu hissəsində “Yanacaq avadanlığı elektriki” qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.